Baş prokuror Binəqədidə vətəndaşları qəbul edib – Foto

0
8777

Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

kamran-eliyev-bineqedide-qebul-kecirdi

Əvvəlki məqaləİyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq – MƏBLƏĞLƏR
Növbəti məqalədəBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto