Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
9887
Şəhid Nəcəfov Cəmil Nəcəf oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 11 nəfər şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBaş prokuror Binəqədidə vətəndaşları qəbul edib – Foto
Növbəti məqalədə1 aydır ki, Binəqədi yolu “bağlıdır” – Kilometrlərlə tıxac yaranır: sakinlər yolda qalıb – VİDEO