Binəqədidə şəhidin məzarı ziyarət olunub – FOTO

0
9902
Şəhid Bayramov Elvin İslam oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Fərdi Ağamalıyev, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak edirdilər.
Qeyd edək ki, Bayramov Elvin İslam oğlu 08 iyul 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdır. Elvin 2005-ci ildə İlqar Məmməmdov adına 298 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakultəsinə qəbul olmuş, 2020-ci ildə universiteti bitirdikdən sonra, elə həmin ili iyulun 26-sı həqiqi hərbi xidmətə yollanmış və Beyləqanda rayonu “N” saylı hərbi hissədə xidmət etmişdir. Şəhidimiz sentyabrın 27-si 2020-ci ildə Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir.
Elvin Bayramov 26 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Elvin Bayramov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 8 nəfər şəkili ola bilər
Əvvəlki məqaləSəkiyə çıxan maşın ana və qızını vurdu – Biri öldü – Video
Növbəti məqalədəBinəqədidə 14 yaşlı qız itkin düşdü