Binəqədidə yol verməmək üstündə sürücünü bıçaqlayan şəxsə AĞIR CƏZA

0
9598

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sərxan Sərxanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bineqedi.com pravda.az-a istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sərxan Sərxanova 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə bu il Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində qeydə alınıb.

Belə ki, Sərxan Sərxanov idarə etdiyi “Hyundai Santa Fe” avtomobili ilə hərəkət edərkən VAZ-21074 markalı avtomobilin sürücüsü, zərərçəkmiş Taryel Kərimovun (adı, soyadı şərtidir) maşınını saxladıb və ona irad bildirib. Bu zaman hər iki şəxs arasında yol verməmək üstündə mübahisə düşüb. Nəticədə Sərxan cib bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona bədən xəsarəti yetirib.

Hadisədən sonra Sərxan Sərxanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqaləAzərbaycan Universiteti DİM-in sərgisində təmsil olunacaq – Foto
Növbəti məqalədəTələbələrin təqaüdü artırıldı – Sərəncam