Abşeronda motosiklet piyadanı vurdu, sürücü hadisə yerində öldü

0
8812
motosikl

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Motosiklet sürücüsü yolu keçmək istəyən piyadanı vurub.

Bineqedi.com “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Motosikletin sürücüsü isə aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib ki, müvafiq çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 26 yaşlı şəxsə zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Əvvəlki məqalə“İndi “lüstür”ümü bəyənmirsən, sabah da qızımı…” – Video
Növbəti məqalədəTələbənin sosial kredit alması üçün bal tələbi YOXDUR – RƏSMİ