9 noyabr – Bayraq Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalar keçirilir.
Bineqedi.info saytının Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, növbəti, “Bakı gözəl şəhər” adlı ekoloji təmizlik aksiyası noyabrın 8-də Bakı şəhərinin Binəqədi, Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Xəzər rayonlarının gənclərinin iştirakı ilə keçiriləcək.
Aksiyada hər rayondan, ümumilikdə, 200-300 gəncin iştirakı gözlənilir.
Aksiyanın Binəqədidə keçirilmə ünvanı:
Binəqədi rayonu 11.00- Süleyman Sani Axundov küçəsi 112.
Bineqedi.info