Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi

0
9942

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

Bineqedi.com xəbər verir ki, Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

***

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.

Həmçinin Mədəniyyət Nazirliyi üzrə vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında çıxarılıb.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında Mədəniyyət Nazirliyi üzrə bölmə ləğv edilib. Beləliklə, aşağıdakı vəzifəli şəxslər Siyahıdan çxarılıb:

– Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi;

– Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru;

– Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru;

– Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru;

– Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru;

– Heydər Əliyev Sarayının direktoru;

– Bakı Dövlət Sirkinin direktoru;

– Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru;

– Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru;

– Beynəlxalq Muğam Mərkəzinin direktoru;

– Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru;

– Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr”in direktoru;

– Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru.

– Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.

Əvvəlki məqaləPolis əməliyyat keçirdi – Saxlanılanlar var – FOTO
Növbəti məqalədəMərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı – Vəziyyəti ağırdır