Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped və skuter sürücülərinə müraciət ünvanlayıb.
Bineqedi.com müraciəti təqdim edir:
“Motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur. Sürücülər anlamalıdırlar ki, qəza baş verdikdən sonra gələn zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, işıqforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür!
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir”.
Bakıda mopedlərin iştirakı ilə baş verən qəzaların görüntülərini təqdim edirik: