Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.
Qəbulda müraciət edən 8 nəfər sakin tərəfindən maddi yardım göstərilməsi, mənzil və ya torpaq sahəsi ilə təmin olunma, evin təmirinə köməklik göstərilməsi və s. problemlərə dair qaldırılan məsələlər dinlənildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Eyni zamanda, Rayon İcra Hakimiyyətinin başçısı digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verib.
Bineqedi.info