Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzaları baş verib.
Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolu keçmək istəyən 17 yaşlı Rəsulov İbrahim Anar oğlunu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ budun və belin əzilmiş yarası diaqnozu qoyulub.
Digər oxşar avtoqəza metronun “Azadlıq” stansiyasının yaxınığında qeydə alınıb. Sərnişin avtobusu 1972-ci il təvəllüdlü Şıxəliyeva Həbibə İsgəndər qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.