Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9119
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Motodrom yaşayış massivində ərazinin təmizliyinin təmin edilməsi üçün işçi cəlb olunması, Şəhid Murtuz Abbasov küçəsində zədələnmış küçə lövhəsinin bərpası, Sulutəpə (Pepsi-colanın qarşısı) parkında qurumuş ağacların götürülməsi, Ruslan Allahverdiyev küçəsində su xəttinin təmiri zamanı sıradan çıxmış asfalt örtüyünün bərpası, Avtovağzal metro stansiyasının çıxışında daş örtüyünün bərpası və urnaların yerləşdirilməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 9 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər şəkili ola bilər
Bir 15 nəfər, kütlə və mətn şəkili ola bilər
Əvvəlki məqaləBiləcəridə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb – VİDEO
Növbəti məqalədəRəqsanə İsmayılova həbsdə qaldı