Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 103 ünvanında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 103 ünvanında 6,7 və 8-ci girişlərin zirzəmisindən suyun çəkilməsi, H.Babaşov küçəsi 15 ünvanında tut ağacının həşəratlara qarşı dərmanlanması, S.Məmmədova küçəsi 207 ünvanında zirzəminin dezinfeksiya olunması, S.Məmmədova küçəsi 203B ünvanında ağacın budanması, oturacaqların quraşdırılması və zirzəminin dezinfeksiya olunması, M.Cəlal küçəsi 63 ünvanında ağacların həşaratlara qarşı dərmanlanması, M.Cəlal küçəsi 49 və 41 saylı binaların qarşısında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa edilməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com






