Bakıda avtobusda əlbəyaxa dava – Video

0
9894
avtobus

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.

Bineqedi.com saytı publika.az-a istinadən xəbər verir ki,hadisə saat 20:00 radələrində  baş verib.

Tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib.

Daha sonra onlar bir-birinə yumruq atıblar. Məsələyə polis müdaxilə edib.

Hazırda hər iki şəxsin vəziyyəti

 yaxşıdır.

Əvvəlki məqaləAttestatda “5” alır, qəbulda aşağı bal toplayır… – Kimdir günahkar?
Növbəti məqalədəTexniki baxışın müddəti necə hesablanır? – BDYPİ cavablandırır