Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayan şəxslər saxlanılıb

0
9893
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Poliq İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A. Əlmuradov saxlanılıb.

Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləNazirlərin sentyabrdakı qəbul vaxtı açıqlandı
Növbəti məqalədəEldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi