14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi – Foto

0
9121
itkin-usaq

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bineqedi.com-un məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.

Əvvəlki məqaləBakıda avtobusda dava, sərnişin həbs edildi
Növbəti məqalədəBakıda vətəndaşa hədə-qorxu gələrək pulunu ələ keçirən 26 yaşlı qadın saxlanıldı