Bakıda vətəndaşa hədə-qorxu gələrək pulunu ələ keçirən 26 yaşlı qadın saxlanıldı

0
9118
din

Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3 500 manat dəyərində moped və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi – Foto
Növbəti məqalədəXəzərdə əməliyyatın ANBAAN GÖRÜNTÜLƏRİ: Atəş açıldı, yaralı var