Binəqədidə avtomobil qaçıran şəxs saxlanıldı

0
9905
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək “VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C. Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləKrediti gecikdirənlər həbs olunacaq? – Hüquqşünas AÇIQLADI
Növbəti məqalədəPrezident İlham Əliyev yol çəkilişi üçün iki milyon manat ayırdı