Şəhid Məhərrəmov Məhəmməd Cəlil oğlunun ikinci ildönümü ilə əlaqədar yaşadığı evin qarşısında xatirə bulağının açılışı oldu və şəhidin əziz xatirəsi ehtiramla yad edildi.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə, Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin, Xocəsən Bələdiyyəsinin əməkdaşları və qəsəbə sakinləri iştirak etdilər.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.