Prezident bu rayonlara yeni icra başçıları təyin etdi – Sərəncam

0
38

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rafiq Çəpərxan oğlu Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bineqedi.info saytı Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Lütvəli Babəli oğlu Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı başçısı təyin edilib.

Prezident İlham Əliyev İlqar Namaz oğlu Abbasovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə İ. N.Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ə.İ.Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elşad Eldar oğlu Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Elşad Həsənov Milli Məclisin deputatıdır.

Əvvəlki məqaləBirinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Növbəti məqalədəBinəqədidə müğənninin evindən pul oğurlanıb – “Oğrunu tapdılar”