Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri sakinləri ilə görüşüb

0
76

Biləcəri qəsəbəsində yerləşən 284 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, YAP Binəqədi Rayon Təşkilatının sədri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyatı bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Bineqedi.info-ya verilən məlumata görə, çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi Sərəncamı ilə təsdiq edilmiş “Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilir.

Qeyri-neft sektorunun inkişafını sürətləndirən sənaye komplekslərinin, fabrik və zavodların işə düşməsi ölkəmizə böyük dividentlər qazandırır. Həmçinin sosial-iqtisadi sahədə əldə olunan uğurlar onu göstərir ki, son bir il ərzində iki dəfə müavinətlərin, pensilayaların, təqaüdlərin məbləği artıb.

Vətəndaş məmnunluğuna xidmət edən dövlət siyasəti deməyə əsas verir ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcəkdir.

Daha sonra RİH başçısı bildirib ki, Binəqədi rayonunda da sakinləri narahat edən problemlər hər zaman diqqətdə saxlanılır və ölkəmizin inkişafı fonunda bu məsələlər mərhələli şəkildə öz həllini tapacaqdır.

Sakinlər aparılan islahatlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı, yaşadıqları qəsəbədə onları narahat edən bir sıra məsələlərlə bağlı RİH başçısına müraciət edərək, qəsəbənin su-kanalizasiya xəttinin təmiri, marşrut xəttinin dəyişdirilməsi və s. məsələlərlə bağlı müvafiq köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edib. O bildirib ki, qaldırılan məsələlərin bir qisminin qısa müddətdə həll edilməsi mümkün olmasa da, cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, onları narahat edən problemlər yerində araşdırılıb, lazımi köməkli göstəriləcəkdir. Sonda RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Əvvəlki məqaləBinəqədidə müğənninin evindən pul oğurlanıb – “Oğrunu tapdılar”
Növbəti məqalədəLeyla Əliyeva Binəqədidə abadlaşdırılan növbəti həyətin açılışını edib