“Müəllimlərin işə qəbulu (MİQ) imtahanı hamı üçün ödənişli olmayacaq, ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün imtahan ödənişsiz olacaq”.
Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
“MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Məqsəd pul yığmaq deyil, məsuliyyət yaratmaqdır”, – nazir bildirib.
“MİQ imtahanının formatı köklü şəkildə dəyişilməlidir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
“MİQ-in ən mükəmməl yolu müsahibə ilə işə qəbuldur. Laki cəmiyyətimiz müsahibə ilə imtahana inanmır. Ona görə də bunu həyata keçirə bilmirik”, – nazir qeyd edib.
Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz.
O bildirib ki, bu tələb qanunsuzdur, ancaq müəllim sinif otağını könüllü təmir etmək istədikdə mümkün ola bilər:
“Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət yazır. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edir. Arada konflikt yaranır. Amma məsələ birmənalı olaraq qanunsuzdur”.
“Rusdilli məktəb anlayışı yoxdur. Azərbaycanda ümumtəhsil məktəbləri var, orada rus bölmələri fəaliyyət göstərir”.
Onun sözlərinə görə, rus bölmələrinin sıfıra endirilməsi heç vaxt müzakirə olunmayıb:
“Elə olur ki, məktəblərdə tələbat olmadığı və ya keyfiyyətli müəllim olmadığı üçün bu məqamda təbii azalma olur”.