Binəqədili məktəblilərin təntənəli yolasalınma mərasimi keçirilib – Fotolar

0
42

12 Noyabr tarixində rayon ictimaiyyəti ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin görüşü keçirilib. 

Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyulub. Çıxış edən 179 nömrəli tam orta məktəbin şagirdi Əzəmət Verdiyeva, 246 nömrəli tam orta məktəbin şagirdi Əlihəsən Həsənova, 267 nömrəli tam orta məktəbin şagirdi Nicat Qasımzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva, Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısı Fidan Kərimovanın valideyni Aygün Kərimova tur-aksiyanın şagirdlərin həyatında tutacağı yerdən bəhs edib, bu fürsəti yaratdığı üçün ölkə başçısı İlham Əliyevə öz təşəkkürünü bildiriblər.

Bineqedi.info

bineqedi-olkemizi-taniyaq1

Əvvəlki məqaləLeyla Əliyeva Binəqədidə abadlaşdırılan növbəti həyətin açılışını edib
Növbəti məqalədəBinəqədidə silsilə oğurluqlar edən şəxs tutulub – DİN