Binəqədidə Vətən müharibəsi şəhidi Həmdəm Ağayevin xatirəsi anılıb – Foto

0
9113
Şəhid Ağayev Həmdəm Mayıl oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Elşad Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Seyfəddin Dəmirli, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir Naməlum əsgərin məzarı şəkili ola bilər
Əvvəlki məqaləDTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO