Binəqədidə Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib – FOTO

0
9102
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında 8 Noyabr-“Zəfər Günü”nün beşilliyi münasibətilə tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə FHN-in Mülki Müdafiə Qoşunlarının rəhbər şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sabiq korpus komandiri, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Orxan Əliyev, Vətən müharibəsi iştirakçıları, qazilər-Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Vüsal Yolçuyev, ehtiyatda olan gizir Cümşüd Hüseynov və MMQ-nin şəxsi heyəti iştirak edirdi.
Əvvəlcə tədbir iştirakçıları MMQ-nin inzibati binasında ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə öz ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğuladılar. Natiqlər 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ətraflı bəhs edib, qarşıdan gələn Zəfər Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik etdilər.
Vətən müharibəsi qaziləri – Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Vüsal Yolçuyev, ehtiyatda olan gizir Cümşüd Hüseynov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açaraq, döyüş xatirələrini bölüşdülər. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışaraq, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi ali diqqət və qayğısından bəhs etdilər.
Sonda xatirə şəkilləri çəkildi.
Bineqedi.com
Bir abidə şəkili ola bilər
Bir qol saatı, Oval kabinet və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Əvvəlki məqaləPulu itən müəllim şagirdin pulqabısını yoxladı – Cəzalandırıldı
Növbəti məqalədəYatırımsız eğlencenin adresi: Sweet Bonanza demo tl deneyimi