Binəqədidə 59 yaşlı kişi dayanacaqda öldü

0
9110
meyit-qetl

Dünən paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində ictimai yerdə ölüm qeydə alınıb.

Bineqedi.com xəbər verir ki, M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.

Əvvəlki məqaləGələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kim və necə əldə edə bilər?
Növbəti məqalədəAvtomobil alqı-satqısı adı altında 21 min manatlıq dələduzluq edilib