Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar – FOTO

0
9092

“Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Bineqedi.com xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.

Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub.

Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, balacaların sevincinə şərik olublar.

Əvvəlki məqaləBu il hibrid və elektromobil alanlar gələn il satanda vergi ödəyəcək? – RƏSMİ
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO