Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11012
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Qazanxan küçəsinin asfaltlanması,Sulutəpə parkında təmir işlərinin aparılması və küçə işıqlarının bərpası, Sulutəpə parkında zərərli vərdişləri olan insanların toplaşması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi, Qafqaz küçəsinin asfalt örtüyünün bərpası, Qafqaz küçəsində inşa edilmiş kanalizasiya kollektorunun Binəqədi Rayon Sukanal İdarəsinin balansına götürülməsi, həmin küçədə yaşayan 30-a yaxın ailənin abonent kimi qeydə alınması və Qafqaz küçəsində kanalizasiya sularının Xocəsən gölünə axan hissəsinin təmizlənməsi, Azərsu ASC-nin balansında olan Elçin Əzizov küçəsində yaranmış gölməçənin qarşının alınması məqsədilə tədbir görülməsi, Turaclı küçəsində kanalizasiya lyuklarının (kanalizasiya baxış quyusu) asfaltla eyni səviyyəyə gətirilməsi, qəsəbə ərazisindəki sahibsiz heyvanların ərazidən götürülməsi, Sulutəpə qəsəbəsində yaşayan vətəndaşın qeydiyyat problemin həll olunması ilə bağlı, Nicat Səmədov küçəsinə 157 saylı avtobus xəttinin uzadılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilər
Bir dərs və klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqalə7-ci mikrorayonda yeni avtomobil və piyada tunelləri tikilir – Foto
Növbəti məqalədəBastrıkinin sinizmi və ya Qroznı üzərindəki buludlarda gizlənən həqiqət