Binəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib – FOTO

0
9902
“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib.
Bineqedi.com xəbər verir ki, aksiya çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əməkdaşları tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi mövzular üzrə məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaqdır.
Təşəbbüsə qoşulduğu üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkür edirik.
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir dərs və mətn şəkili ola bilər
Bir dərs, cədvəl və mətn şəkili ola bilər
Bir dərs, xəbər otağı və mətn şəkili ola bilər
Əvvəlki məqalə20 Yanvar faciəsinin qurbanları Binəqədidə anıldı – Foto
Növbəti məqalədəBinəqədidə “Güllə yağışı” abidəsi ziyarət edilib – FOTO