Binəqədidə yaşayış evində yanğın: Təxliyə olunanlar var

0
9102
yangin taxta sexi

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.

Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədi RİH Şəhidlər xiyabanını ziyarət etdi – Foto
Növbəti məqalədəHərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV