Binəqədili idmançıların növbəti uğuru

0
49

Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub.

Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub.
Azərbaycan Alpaqut Federasiyası Turan Döyüş Sistemləri Mərkəzinin Binəqədi filialının sədri, Cəfər Həsənov və Binəqədi rayonu 300 №-li tam orta məktəbin IX sinif şagirdi Elnur Tağıyev də yarışda yüksək nəticə göstərərək II yerə layiq görülüblər.

 

 

bineqedi-idman-alpaqut

Əvvəlki məqalə7-ci mikrorayonda yaşlı qadını maşın vurub, vəziyyəti ağırdır
Növbəti məqalədəBinəqədi sakinlərindən Prezidentə məktub – 150 nəfər sakinin adından