Cənubi Qafqazın ən böyük dini kompleksi – Heydər məscidi

0
9094
heyder-mescidi

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Heydər məscidi.

Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Əsas günbəzin diametri 30 metrdir.

75 min nəfərlik tutuma malik olması məscidi Cənubi Qafqazın ən böyük dini kompleksi statusuna yüksəldir.

Günün müxtəlif saatlarında dəyişən işıqlandırma məscidi həm gündüz, həm də gecə fotoqrafları üçün cazibə mərkəzinə çevirir. Layihə, eyni zamanda, sülh, qarşılıqlı hörmət və multikulturalizmin təcəssümü kimi qəbul edilir, çünki burada İslam dininin müxtəlif məzhəblərinin bütün nümayəndələri ibadət edə bilir.

Böyük namaz zalında İslam üslublu həndəsi ornamentlər, daş oyma və ərəb kalliqrafiyası harmonik bütövlük yaradır. Yuxarı mərtəbələrdə qadınlar üçün ayrıca namaz salonları, Quran tədris sinifləri və kitabxana bölmələri yerləşir.

Bakının Binəqədi rayonunda ucalan Heydər məscidi həm dini dəyərin, həm də müasir Azərbaycanın memarlıq potensialının parlaq nümunəsidir.

Cənubi Qafqazın ən böyük dini kompleksi - Heydər məscidi VİDEO

Əvvəlki məqaləBinəqədidə 72 yaşlı kişi avtobusda ölüb
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO