Binəqədidə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib

0
50

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhər şöbəsinin birgə təşkilatçılığı ilə 28 May qəsəbəsində yerləşən 306 nömrəli tam orta məktəbdə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib.

Bineqedi.info Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, edən DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gültəkin Ədilova qonaqları salamlayıb və sözü qonaqlara verib.

bineqedi-vehdet1
İlk çıxış edən Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev tədbirin mövzusu barədə iştirakçılara məlumat verdib. Daha sonra çıxışında qeyd etmişdir ki, din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına, digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir. Tariximizin dərinliklərindən süzülüb gələn vəhdət anlayışı insanlarımızın həyat tərzidir.
Daha sonra çıxış Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizə hər zaman sahib çıxmalı olduğunu bildirib.
Çıxış edən edən DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov qeyd edib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir.
Sonda çıxış edən məktəbin direktoru Gültəkin Ədilova tədbirin təşkilinə görə minnətdarlığını bildirmişdir.
Tədbirdə “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş etdirilib.

Əvvəlki məqaləBinəqədili məktəbli Bakı şəhəri üzrə I yerə layiq görülüb
Növbəti məqalədəYAP-çı deputatlar parlamentin buraxılması üçün MM-ə müraciət ediblər