Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
10991
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 10 May küçəsində radar və ya surət həddini təyin edən yol nişanın quraşdırılması, 10 May küçəsində çökmüş kanalizasiya lyuklarının bərpası, Xəqani küçəsi 5057/68, 6 saylı binanın fasad ötüyünün rənglənməsi, Asəf Zeynallı küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, Yəhya Hüseynov küçəsində 30 dan çox qurumuş ağacın götürülməsi, Xanlar küçəsində aşma təhlükəsi olan rabitə dirəyinin götürülməsi, Xəqani küçəsi 5057/68, 8 saylı binada liftlərin əsaslı təmir olunması, Teymur Yaqubov küçəsi 5 ünvanında sıradan çıxmış 20 kv.m. əraziyə asfalt örtüyünün çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBayramı namazının vaxtı və fitrə zəkatının məbləği AÇIQLANDI
Növbəti məqalədəBinəqədidə iftar süfrəsi açıldı – Foto