Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
10993

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin məhəllə 5057/68 bina 12 də liftin təmir edilməsi, eyni ünvanda küçə işıqlarının təmir olunması, Əhməd Qasımov küçəsinin işıqlandırılması, Əhməd Qasımov küçəsində qurumuş ağacın kötüyünün götürülməsi , Şimal küçəsində sahibsiz heyvanların ərazidən toplanması, Asəf Zeynallı 49 ünvanında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması , Mehdi Hüseyinzadə küçəsində Ağacın qurumuş budağının kəsilib götürülməsi , Mirmövsüm Nəvvab küçəsində içməsli suyum verilməsində gecikmələrin aradan qaldırılması, Asəf Zeynallı küçəsi 22-ci binanın zirzəmisinə yığılmış suyun çəkilməsinə köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Əvvəlki məqaləMaşını xəttə uyğun saxladı, amma yenə cərimələndi – AYNA səbəbini AÇIQLADI – VİDEO