Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi – AYNA səbəbini AÇIQLADI – VİDEO

0
9090
bineqedi-yol-temiri.

Paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır.

Bineqedi.com xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Baku.ws-in sorğusuna cavab verib.

Qurumdan bildirilib ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da quraşdırılıb:

“Əsas istiqamətverici isə 7.6.1 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” əlavə məlumat nişanıdır”.

AYNA qeyd edib ki, sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməli, tərəddüd yaranarsa, ərazidə xidmət göstərən bələdçidən məlumat almalıdırlar.

 

 

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul
Növbəti məqalədəElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto