Binəqədidə baş vermiş qəzada 6 nəfər xəsarət alıb – Hamilə qadının vəziyyəti ağırdır

0
66
bineqedi-qeza

Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

Bineqedi.info-nun APA-ya istinadən məlumatına görə, yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan birinin – hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir.

bineqedi-qeza

Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər “BMW” və “Opel” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Avtoqəzadan sonra prospektin hər iki istiqamətində güclü tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb. YPX əməkdaşları sürücüləri alternativ yollara istiqamətləndirib.

Əvvəlki məqaləBinəqədi rayon məhkəməsinin keçmiş hakimi vəfat edib
Növbəti məqalədəİcra başçısı sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı əraziyə baxış keçirib – Fotolar