İcra Hakimiyyəti Binəqədidə 70-dan çox əlilə ərzaq yardımı etdi – Fotolar

0
55
bineqedi-rayonu-eliller

Beynəlxalq “Əlillər Günü” münasibətilə Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə yardım aksiyası keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, baş məsləhətçi Seymur Hacıyev, Kənan Kərimov iştirak edib. Aksiya çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən İctimai Birliklərin üzvü olan 70-dən çox əlil vətəndaşa Rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.
İctimai Birlik üzvləri əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

bineqedi-rayonu-eliller

bineqedi-rayonu-eliller

bineqedi-rayonu-eliller3.jpg

Əvvəlki məqaləİcra başçısı sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı əraziyə baxış keçirib – Fotolar
Növbəti məqalədəBinəqədidə şirkət binasının qarovulçusu faciəli şəkildə ölüb