Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri BAĞLANIR?

0
9095

3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılacağı iddia olunur.

Bineqedi.com xəbər verir ki, oxu.az-a daxil olan məlumata görə, təxminən bir ay əvvəl dispanserin Yoluxucu və Dəri şöbələri Hövsan qəsəbəsində yerləşən xəstəxanaya köçürülüb.

Məlumatda vurğulanıb ki, hazırda müəssisədə yalnız Poliklinika şöbəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, dispanserin baş həkimi məzuniyyətə getməzdən əvvəl müəssisənin də bağlanacağını bildirib:

“Əmri gözləyirik, bura da bağlanacaq”.

Məlumata əsasən, dispanserdə mövcud şərait qənaətbəxş deyil, binanın vəziyyəti yararsızdır. Bağlanma səbəbi şəraitlə bağlıdır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri BAĞLANIR?

Əvvəlki məqalə“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”
Növbəti məqalədəSaxta ödəniş səhifələri yaradılıb – Ehtiyatlı olun!