Ənənəvi diplom almaq istəyənlər pul ödəyirlər? – RƏSMİ CAVAB

0
9089

Hazırda diplomlar məzunlara elektron formatda təqdim olunur. Lakin bəzi universitetlərdə ödəniş qarşılığında diplomların ənənəvi, kağız formada da verilə biləcəyi ilə bağlı iddialar səslənir.

Maraqlıdır, bu iddialar nə qədər əsaslıdır?

Bineqedi.com AzEdu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, diplomların yalnız elektron formatda verilməsi nəzərdə tutulur və ödəniş müqabilində kağız diplomların verilməsi nəzərdə tutulmur.

Həmçinin bu kimi hallar və ya şikayətlər olduğu təqdirdə, vətəndaşlara sübutlar və ərizə ilə birlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmələri tövsiyə olunur.

Əvvəlki məqaləDİN-dən ƏMƏLİYYAT: 116 kq narkotik dövriyyədən çıxarıldı – FOTO – VİDEO
Növbəti məqalədəFaiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ