Bakı məktəbləri dezinfeksiya olunur – Foto

0
9881
yehya-abbasov-mekteb-bineqedi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri davam edir.

İdarədən Bineqedi.com-a verilən məlumata görə, hazırlıq tədbirləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir.

Bununla yanaşı, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, ərazilərin abadlaşdırılması, həmçinin təhsil müəssisələrinin tam hazır vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülür.

Görülən işlərin əsas məqsədi şagirdlərin müasir, təhlükəsiz və sağlam təhsil mühitində təhsil almalarını təmin etmək, təlim prosesinin keyfiyyətli təşkili üçün zəruri şərait yaratmaq, eləcə də təhsil müəssisələrinin yeni tədris ilinə tam hazırlığını təmin etməkdən ibarətdir.

 

Əvvəlki məqaləDirektor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – Açıqlama
Növbəti məqalədə3 uşağı olan ailələrə sevindirici xəbər