“Ermənistanın heç vaxt belə bir niyyəti olmayıb” – Zaxarovaya cavab

0
9879
nikol-pasinyan

“Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmək niyyəti heç vaxt olmayıb və yoxdur”.

Bineqedi.com  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə danışıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovanın məsələ ilə bağlı açıqlamasını şərh edən Paşinyan bildirib ki, Ermənistan tərəfindən rusiyalılar üçün viza rejiminin tətbiq edilməsi Moskvaya deyil, İrəvanın özünə qarşı atılmış addım olardı.

O vurğulayıb ki, Ermənistanın heç vaxt belə bir ideyası olmayıb.

***

“Ermənistan Rusiya ilə viza rejimi tətbiq edərsə, özünə zərər verəcək”.

“RİA Novosti”yə  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Əgər Ermənistan hələ Rusiya ilə viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı etmiş olacaq”, – o deyib.

Zaxarovanın sözlərinə görə, bu qərar həmçinin Ermənistanda çoxsaylı qohumları olan rusiyalı vətəndaşlara da təsirsiz ötüşməyəcək.

Əvvəlki məqalə3 uşağı olan ailələrə sevindirici xəbər
Növbəti məqalədəBu özəl bağçalara dövlət dəstəyi veriləcək – Siyahı