Sahil Babayevin müşaviri oldu – Foto

0
9093

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub.

Bineqedi.com xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb.

O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.

“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov bildirib.

Qeyd edək ki, Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub. O, 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində işləyib.

sahil-babayevin-musaviri-oldu

Əvvəlki məqaləƏfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında – Yeddi il həbs istənildi
Növbəti məqalədəPrezident İlham Əliyev “SABAH.city”nin açılışında – Foto