Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır

0
9090
yol

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, Binəqədi rayonu üzrə Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bildirilib ki, Nərimanov rayonu üzrə isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

“Məhdudiyyətlər görülən işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ marşrutlardan istifadəni nəzərə almaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – məlumatda qeyd olunub.

Əvvəlki məqaləİnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
Növbəti məqalədəMinimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR