Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı – Beşi şagirddir

0
9092

Oktyabrın 12-si paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Əvvəlki məqaləBəzi tələbələrə Prezident təqaüdü veriləcək – Siyahı
Növbəti məqalədəErmənistan dəmir yollarını xilas etmək istəyir – Bakı ilə sülh nəyi dəyişəcək?