Bakıda ətin qiyməti rayonları geridə qoydu – Son qiymətlər

0
9090

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edilsə də, gündəlik satış həcmi əvvəlki dövrlə müqayisədə azalıb.

Bineqedi.com milli.az-a istinadən  xəbər verir ki, Bakıdakı qəssablar qiymət fərqinin yaranmasını bölgələrdən gətirilən ətin daşınma və satış xərcləri ilə əlaqələndirirlər. Onların bildirdiyinə görə, əvvəllər təxminən 1 manat olan qiymət fərqi hazırda bəzi rayonlarla müqayisədə 2 manata qədər yüksəlib.

Quzu ətinin qiymətində də paytaxtla bölgələr arasında fərq qeydə alınır. Rayonlarda fəaliyyət göstərən qəssablar qiymətin heyvanın çəkisindən və yaşından asılı olaraq dəyişdiyini qeyd edirlər. Paytaxtda 15-17 kiloqram çəkisi olan quzuların ətinin bir kiloqramı 21 manata satışa çıxarılır. Əmlik quzuların əti isə daha yüksək qiymətə təklif olunur.

Bölgə qəssablarının sözlərinə görə, son aylarda ətin alış qiyməti davamlı şəkildə artıb. Onların bir qismi yaxın dövrdə də bahalaşmanın davam edəcəyini ehtimal edir.

Əvvəlki məqaləErmənistan dəmir yollarını xilas etmək istəyir – Bakı ilə sülh nəyi dəyişəcək?