Binəqədi rayonuna yeni prokuror təyin edilib

0
5261
bineqedi-rayon-prokurorlugu.png

Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

“Unikal”ın məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Qeyd edək ki, M. İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.

Mansur İbayev 2024-cü ilin avqust ayında vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədinin yeni prokuroru Pərviz İbayev sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.

Əvvəlki məqalə“Kupça”sız evə bu yolla sənəd almaq olar
Növbəti məqalədə7-ci mikrorayonda fəaliyyət göstərən “Çıraq Palace” şadlıq sarayında nöqsanlar aşkarlandı – VİDEO