Binəqədidə növbəti seminar keçirilib – Foto

0
8914
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 276 № li tam orta məktəbdə “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda növbəti seminar keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, 276 № litam orta məktəbin direktoru Xoşqədəm Məmmədova və ümumtəhsil məktəblərinin psixoloqları iştirak etdilər.
Keçirilən seminarların məqsədi məktəb psixoloqları tərəfindən məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara dərhal psixoloji yardımın göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova uşaqların hüquqlarının qorunmasının, onların fiziki və psixoloji təhlükəsizliyinin təmin edilməsinin cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğuladı. Bildirdi ki, məişət zorakılığı uşaqların yalnız fiziki sağlamlığına deyil, eyni zamanda onların psixoloji vəziyyətinə, şəxsiyyət kimi formalaşmasına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdəndir. Bu baxımdan, zorakılıq hallarının vaxtında aşkar edilməsi, zərər çəkmiş uşaqlara düzgün yanaşmanın formalaşdırılması və onların peşəkar psixoloji dəstəklə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova qeyd etd ki, məktəb psixoloqları uşaqların gündəlik davranışlarını, emosional vəziyyətlərini və sosial münasibətlərini müşahidə etmək imkanına malik olduqlarından, onların üzləşdikləri problemlərin erkən mərhələdə müəyyən edilməsində mühüm rol oynayırlar. Psixoloqların bu istiqamətdə bilik və bacarıqlarının artırılması, müvafiq qurumlarla əlaqəli fəaliyyətin gücləndirilməsi, eləcə də hər bir uşağa fərdi və həssas yanaşmanın tətbiqi vacibdir. O, uşaqların özlərini təhlükəsiz hiss etdikləri, fikirlərini sərbəst ifadə edə bildikləri mühitin yaradılmasının əhəmiyyətini diqqətə çatdıraraq, bu sahədə təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətdən danışdı.
Seminar çərçivəsində çıxış edənlər məişət zorakılığının uşaqların psixoloji inkişafına təsirləri, zorakılıq əlamətlərinin müəyyən edilməsi, risk qrupuna daxil olan uşaqlarla işin təşkili, psixoloji yardımın göstərilməsi və müvafiq qurumlara yönləndirmə mexanizmləri barədə ətraflı məlumat verildilər. Eyni zamanda, məktəb psixoloqlarının bu sahədə qarşılaşdıqları çətinliklər, praktiki fəaliyyət zamanı diqqət yetirilməli məqamlar və qabaqlayıcı tədbirlərin əhəmiyyəti müzakirə olundu.
Sonda məktəb psixoloqlarını maraqlandıran suallar tədbir iştirakçıları tərəfindən cavablandırıldı.
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Bir platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir platforma və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə tədbir keçirilib – Foto
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO