“Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası ilə bağlı Binəqədidə iclas keçirilib

0
7897
Binəqədi Rayon İcra Hakimiyyətində rayonun təhsil və səhiyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası ilə bağlı iclas keçirilib.
Bineqedi.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr, rəqəmsal idarəetmənin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsi məsələləri müzakirə olunub.
Xüsusi diqqət “myGov” platformasının imkanlarının təşviqinə və vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsinin artırılmasına yönəldilib.
İclasın sonunda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası, “myGov” platformasının imkanlarının əhali arasında geniş təşviqi və rəqəmsal xidmətlərdən istifadənin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bir dərs şəkili ola bilər
Əvvəlki məqaləAyna Sultanova parkında abadlıq və yaşıllaşdırma işləri davam etdirilir – FOTO