Dəfn pulu da artırılır

0
9093
birdefelik-odeme

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bir nəfər pensiyaçıya ödəniləcək dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata qaldırılması proqnozlaşdırılır.

Sığortaolunanlar üçün bir nəfərə düşən dəfn pulunun orta məbləğinin isə 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur.

***

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bir iş gününə düşən orta gündəlik qazanc 53 manat 50 qəpik olacaq. 

Qeyd edək ki, bu rəqəm 2026-cı ildə 50 manat 80 qəpik olub.

Əvvəlki məqaləUşağın doğulmasına görə müavinət – 900 manat artırılır