Bu mənzillər vergidən azad ediləcək

0
9092
bineqedi-menzil-kiraye

Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əvvəlki məqaləKuryerlərin vergi məsələsi ilk oxunuşdan keçdi
Növbəti məqalədəDərmanların qiymət qaydalarına dəyişiklik təklif olunur